Menu

FƏTULLAH GÜLƏN TÜRKİYƏYƏ DÖNÜŞ ŞƏRTİNİ - Açıqladı

12.08.2016, 16:35
FƏTULLAH GÜLƏN TÜRKİYƏYƏ DÖNÜŞ ŞƏRTİNİ - Açıqladı

gulenTürkiyə Silahlı Qüvvələri (TSQ) daxilində bir qrup hərbçinin çevriliş cəhdinin ardından, Türkiyənin ABŞ-dan geri qaytarılmasını istədiyi Fəthullah Gülən, Fransanın "Le Monde" qəzetində yazı dərc etdirib.

"AzPolitika.info" xəbər verir ki, Türkiyənin ABŞ-dan qaytarılmasını tələb etdiyi Fəthullah Gülən yeni bir açıqlama verərək yenə də özünü müdafiə edib.

"Türk hökumətinə açıq çağırış edir və tam bir əməkdaşlıq vəd edirəm" deyən Gülən, çevriliş cəhdinin beynəlxalq bir komitə tərəfindən araşdırılmasını tələb edib, "Haqqımdakı ittihamların 10-da 1-i sübut olunsun, Türkiyəyə geri dönəcəyimə and içirəm" deyə Türkiyə dövləti qarşısında şərt qoyub.

Fətullah Gülən, çevriliş cəhdi sonrası başlayan əməliyyatları "cadugər ovu" olaraq adlandırarkən, özünün günahsız olduğunu müdafiə edib.

15 iyuldan sonra yüz minlərlə adamın "cadugər ovu"nun qurbanı olduğunu və gerçək bir insanlıq dramının yaşandığını ifadə edən Gülən, 90 minə yaxın adamın işini itirdiyini, 21 min alimin vəzifəsinə son verildiyini və bunların Avropa tarixindəki soyqırım əvvəli hazırlıqlardan bir fərqinin olmadığını bildirib.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol