Menu

Sumqayıtda mərmi partlayıb - Bir nəfər ölüb

13.08.2016, 11:41
Sumqayıtda mərmi partlayıb - Bir nəfər ölüb

Sumqayıt şəhərində ölümlə nəticələnən partlayış baş verib.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, avqustun 12-də saat 13 radələrində şəhərin H.Z.Tağıyev qəsəbəsində yaşayan Ruslan Vəliyev həyətində, qəsəbə ərazisindən tapdığı TAB-7 markalı mərmini laqunda ilə kəsərkən partlayış baş verib.

Nəticədə R.Vəliyev xəstəxanaya yerləşdirilib və orada ölüb. Həyətdə olan “Tavriya” markalı avtomobil isə yanıb.

Araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol