AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, internetdə Kubanın əfsanəvi inqilabçısı və Kuba dövlətinin qurucusu Fidel Kastronun həyat və fəaliyyətindən bəhs edən yeni «Fidel, ideyaların əsgəridir» adlı («www.fidelcastro.cu» saytı) sayt meydana gəlib.
Virtual səhifədə əfsanəvi inqilabçının adı ilə bağlı fotoşəkillərin, videroliklərin, çıxışların, məktubların, karikaturaların, poema və kitabların böyük arxivi yerləşdirilib.
1953-1959-cu illər Kuba inqilabının tarixi lideri Fidel Kastronun həyat və fəaliyyəti ilə maraqlananlar ötən cümə günündən başlayaraq, öz bilgilərini artırmaq üçün yeni yaradılmış saytın sayəsində daha bir imkan əldə ediblər.
Sayt Havana universitetinin və «Kubadebate» rəsmi Kuba internet-portalı əməkdaşları tərəfindən yaradılıb.


Şərhlər