Menu

Natiq Cəfərli vəkili ilə görüşüb

13.08.2016, 15:59
Natiq Cəfərli vəkili ilə görüşüb

Avqustun 12-də saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilən Respublikaçı Alternativ (REAL) Hərəkatının icra katibi Natiq Cəfərli bu gün vəkili ilə görüşüb.

Bu barədə Trend-ə N.Cəfərlinin vəkili Cavad Cavadov məlumat verib.

Vəkil bildirib ki, o, N.Cəfərli ilə Nərimanov rayon Polis İdarəsində görüşüb.

Xatırladaq ki, N.Cəfərli avqustun 12-də axşam saatlarında saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. N.Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən təqsirləndirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol