Menu

FƏTULLAH GÜLƏN TÜRK XALQINI TƏHQİR ETDİ - Pul qarşılığında...

13.08.2016, 23:51

FETÖ lideri bu dəfə özünü müdafiə etməklə yanaşı, meydanları boş buraxmayan vətəndaşları təhqir edib.

erdoqanfetullahg

"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gülən 15 iyul çevriliş cəhdi gecəsi və sonrasında demokratiya keşiyi üçün küçələrə çıxan vətəndaşlara pul verildiyini iddia edib.

FETÖ lideri: "Kiməsə etiraz etmə adına ciblərinə 100 dollar qoymaq, mitinqlər etmək, bəzilərinə söymə adına pullar vermək, bütün bunlar millətə qan qusturularaq bu vəziyyətdə edilir" deyərək demokratiya keşiyi üçün küçələrə çıxan vətəndaşları təhqir edib.

Nəzərinizə çatdıraq ki, FETÖ lideri Fətullah Gülənin himayəsində olan qrupun uğursuz çevriliş cəhdindən sonra, verdiyi bütün açıqlamalarda özünü müdafi edib. Bu dəfə isə daha da irəli gedərək türk xalqını təhqir edib.

ELVİN

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol