AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ məmurlarından ibarət nümayəndə heyəti Ankaraya gələcək. Səfərdə məqsəd, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülənin Türkiyəyə ekstradisiya edilməsi üçün rəsmi sorğunun hazırlanmasında Türkiyə hakimiyyət orqanlarına kömək etməkdən ibarətdir.
Türkiyə hakimiyyəti F.Güləni ölkədə dövlət çevrilişinə cəhdin hazırlamasında günahlandırır. Türkiyənin «Hürriyət Deyli» nəşri yazır ki, nümayəndə heyəti Türkiyəyə avqust ayının 20-si günləri gələcək.
Türkiyənin xarici işlər naziri isə bəyan edib ki, avqustun 24-də ABŞ-ın vitse-prezidenti Co Bayden də Ankaraya səfər etməyə hazırlaşır.

Şərhlər