Menu

Rusiya müdafiə nazirinin Azərbaycana səfər proqramı - Açıqlanıb

14.08.2016, 20:12
Rusiya müdafiə nazirinin Azərbaycana səfər proqramı - Açıqlanıb

Bu gün Azərbaycana işgüzar səfər edəcək Rusiya müdafiə naziri Sergey Şoyqunun səfər proqrammı açıqlanıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib ki, Bakıda 14-15 avqust tarixlərində işgüzar səfərdə olacaq S. Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşəcək və görüşdə hərbi-texniki əməkdaşlıq, o cümlədən Dağlıq Qarabağ probleminin müzakirə olunacağı gözlənilir.

İ. Konaşenkov bildirib ki, görüşdə beynəlxalq və regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olacaq. S. Şoyqunun Azərbaycan prezidenti İlham Əliyevlə də görüşünün keçirilməsi planlaşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol