Menu

Bakı sakini bacısını bıçaqlayıb

15.08.2016, 12:43

BicaqBakıda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına, Badamdar qəsəbəsi 1-ci yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Nuri Tanrıverdiyev bacısı Nuridə Tanrıverdiyevanın əl nahiyəsinə bıcaq xəsarəti yetirib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə baş verən zaman Nuri Tanrıverdiyevin sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol