Menu

«Qərblə münasibətlər əvvəlki səviyyəyə qayıdacaq» - Lavrov

15.08.2016, 13:39

100285«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, ölkəsinin Qərblə münasibətləri əvvəlki səviyyəsinə qayıdacaq. Nazir qeyd edib ki, Rusiya Qərblə münasibətlərdə «təcridə getmək» fikrində deyil . Lavrov bu bəyanatı Ural federal universitetinin tələbələri qarşısındakı çıxışı zamanı səsləndirib.

«Biz, bundan faciə düzəltmirik. Dəfələrlə qeyd etmişik ki, küsmək, təcridə getmək bizim seçimimiz deyil. İnanıram ki, bizim əlaqələrimiz gec-tez, davamlı trayektoriyaya qayıdacaq» - deyə, nazir izah edib.

Bununla yanaşı, nazir qeyd edib ki, hazırda Rusiya-Almaniya münasibətləri, Almaniyanın birləşməsindən sonrakı dövrdə ən mürəkkəb mərhələni yaşayır.

Sergey Lavrov hesab edir ki, artıq Qərbdə Rusiya ilə münasibətlərin normallaşmasının alternativsiz olması barədə qənaət formalaşmaqdadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol