Menu

Bəxtiyar Hacıyevin məhkəməsi təxirə salınıb

15.08.2016, 22:05

BextiyarYasamal rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin məhkəməsi sabaha kimi təxirə salınıb.

Vəkil Cavad Cavadovun APA-ya verdiyi məlumata görə, məhkəmə müdafiə tərəfinin kamera görüntülərinin məhkəməyə təqdim olunması barədə vəsatəti təmin edib.

Qeyd edək ki, B. Hacıyev ilə Yol Patrul Xidmətinin əməkdaşı olan polis nəfəri arasında mübahisə baş verib. Həmin polis əməkdaşı B. Hacıyevdən şikayət edib. Bundan sonra B. Hacıyev Yasamal rayon 27-ci Polis Bölməsinə çağırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol