Menu

FHN Binəqədi rayonunda binada yanğınla bağlı - Məlumat yayıb

15.08.2016, 23:00
FHN Binəqədi rayonunda binada yanğınla bağlı - Məlumat yayıb

Hadisə nəticəsində paltaryuyan maşın və mətbəx mebeli yanıb

Axşam saatlarında Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğın binanın 15-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96m² olan 3 otaqlı mənzilin mətbəxində qeydə alınıb.

Hadisə nəticəsində mətbəxdə olan paltaryuyan maşın və mətbəx mebeli 1 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20:21-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, bu binada ötən il mayın 19-da faciə ilə nəticələnən yanğın baş vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol