AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin Xalq Respublikası (ÇXR) ötən gecə dünyada ilk olaraq, kvant sınaqları aparmaq məqsədilə kosmosa peyk buraxıb. Bu xəbəri «South China Morning Post» qəzeti yayıb.
Qədim Çinin məşhur filosofunun şərəfinə «Mo-tsızı» adlandırılmış aparat orbitə «Çançjen-2D» («Böyük yürüş-2D») daşıyıcı raketin köməyi ilə çıxarılıb. Start Pekin vaxtı ilə 01:40 dəqiqədə Qobi səhrasında yerləşən «Tsızyutsıoan» kosmodromunda (Hansu əyalətinin şimal-qərbi) baş tutub.
Qəzet qeyd edir ki, bu missiyanın başlıca məqsədlərindən biri informasiyanın kvantlar vasitəsilə ötürülməsi və Çinlə Avropa (Vyana) arasında qorunan və hakerlər üçün tam «ələkeçməz» rabitə kanalının qurulmasıdır.
«Bu layihə, dünya miqyasında kvant kommunikasiyalarının tətbiqinin mümkünlüyünü sübut etmək məqsədi daşıyır. Bu addım gələcəkdə kvant internetinin inkişafı istiqamətində əhəmiyyətli addımdır» - deyə, Avstriyalı fizik Anton Tsaylinger raketin uçuşunu şərh edib.


Şərhlər