Menu

Tramp, öz ampluasında!

16.08.2016, 11:03

trampAzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp ölkəyə gələn miqrantların qərb dəyərlərinə sadiqliyini yoxlamağı təklif edib.

Onun sözlərinə görə, bu məqsədlə, xarici ölkələrdən gələnlər ABŞ sərhədini keçərkən, xüsusi test yoxlamasından keçməli olacaqlar.

Tramp əlavə edib ki, bir sıra dövlətlərin vətəndaşlarına viza veməkdən imtina edilməlidir. Bundan əvvəl o, ümumiyyətlə, bütün müsəlmanların üzünə ABŞ sərhədlərinin bağlanmasını təklif etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol