Menu

Ramil Usubov yeni rəis təyin etdi

16.08.2016, 11:41
Ramil Usubov yeni rəis təyin etdi

Daşkəsən rayonuna yeni polis rəisi təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis mayoru Fəxrəddin Abbasov Daşkəsən RPŞ-nin rəisi vəzifəsinə təyin olunub. F. Abbasov yeni vəzifəyə təyinat almamışdan əvvəl daxili işlər nazirliyində müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, Daşkəsən RPŞ-nın əvvəlki rəisi Elsevər Aslanov daxili işlər nazirinin əmri ilə Ağstafa RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.  /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol