Menu

Türkiyə 8 qiyamçı hərbçi ilə bağlı Yunanıstana sorğu göndərib

16.08.2016, 14:34
Türkiyə 8 qiyamçı hərbçi ilə bağlı Yunanıstana sorğu göndərib

Türkiyə Ədliyyə Nazirliyi Yunanıstana qaçmış 8 qiyamçı hərbçi ilə bağlı qonşu ölkəyə sorğu göndərib.

"Report" "Cümhuriyet" qəzetinə istinadən xəbər verir ki, rəsmi Ankara Afinadan hərbçilərin ekstradisiyasını istəyir.

Xatırladaq ki, türkiyəli hərbçilər Fətullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra helikopterlə Yunanıstanın şimal-şərqindəki Aleksandrupolis şəhərinə qaçıblar. Qaçan hərbçilər arasında üç mayor, üç kapitan və iki gizir var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol