AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Birləşmiş Krallığın Baş naziri
Çin Xalq Respublikasının (ÇXR) sədri Si Tszinpinə və Dövlət şurasının başçısı Li Kentsyana məktub göndərib. Məktubda ikitərəfli ticarəti inkişaf etdirmək və dünyanın vacib məsələləri üzrə Çinlə əməkdaşlığı möhkəmlətmək istəyi ifadə olunur. Bu barədə ÇXR xarici işlər nazirliyinin dərc olunmuş məlumatında xəbər verilir.
«Baş nazir Tereza Mey artıq ÇXR-in sədri Si Tszinpinə və Dövlət şurasının başçısı Li Ketsyana teleqram göndərib və onları əmin edib ki, (səbirsizliklə) Xançjouda keçiriləcək G20 sammitində iştirak etmək üçün sentyabrda Çinə öz səfərini gözləyir» - xəbərdə deyilir.
«Britaniya tərəfi sammiti keçirməkdə Çinə kömək edəcək və eyni zamanda, qlobal xarakterli məsələlər və ticarət sahəsində Çinlə əməkdaşlığın mökəmləndirilməsini gözləyir» - deyə, ÇXR xarici işlər nazirliyi qeyd edir.


Şərhlər