AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya aviasiyası İran aerodromundan qalxaraq, Suriyadakı terroçulara zərbə endirib.
«Rossiya 24» tedekanalı İran və ərəb KİV-ə istinadla xəbər verir ki, Rusiyanın Tu-22M3 uzaq məsafəli bombardmançı təyyarələri İranın Həmədan aviabazasına gəlib. «Əl-Məsdər Nyus» İran bazasına gəlmiş Rusiya təyyarələrinin şəklini də dərc edib.
Telekanalın məlumatına görə, Rusiya hava-kosmik qüvvələrinin (HKQ) bombardmançıları Suriyadakı terrorçuların mövqelərinə zərbə endirmək üçün İranın Həmədan aviabazasından uçuşlar edəcək.
«Əl-Məsdər»-in məlumatına görə, Tu-22M3 təyyarələrinin Həmədan aviabazasında yerləşdirilməsi uçuş vaxtının 60,0 faiz qısalmasına və bomba yükünün artırılmasına imkan verəcək.
Hazırda Suriyadakı mövqelərə zərbə endirmək üçün Tu-22M3-lər Şimali Osetiyadakı aerodromdan uçurlar. Latakiyadakı Xmeymim aviabazası bu bombardmançıların uçuşu üçün yaramır. Onlar dünyada ən ağır təyyarələrdən sayılır.


Şərhlər