Menu

​Aİ Türkiyədə dövlət çevrilişinə cəhdin müzakirəsinə başlayıb

17.08.2016, 12:46

mit-darbe-puskurtuldu-1468625856Avropa İttifaqının (Aİ) Təhlükəsizlik siyasəti komitəsində Türkiyədə dövlət çevrilişinə cəhd məsələsinin müzakirəsi başlayıb.

"Report" NTV telekanalına istinadən xəbər verir ki, komitənin Türkiyənin Rusiya ilə yaxınlaşma prosesini də ayrıca müzakirə edəcəyi gözlənilir.

Xəbərdə bildirilib ki, Aİ-yə üzv dövlətlərin Fətullahçı Terror Təşkilatına (FETÖ) münasibəti, Türkiyənin xarici silahlılara qarşı mübarizəsi mövzusu və Suriyadakı vəziyyət də dəyərləndiriləcək.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd nəticəsində 246 nəfər şəhid olub, 2 000-dən insan yaralanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol