Menu

Türkiyədə yüksək rütbəli daha bir hərbçi tutulub

17.08.2016, 12:55
Türkiyədə yüksək rütbəli daha bir hərbçi tutulub

Fətullahçı Terror Təşkilatına (FETÖ) qarşı aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində Aksaz dəniz piyadaları mərkəzinin komandanı, polkovnik Aytunc Kan tutulub.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, o, Muğla əyaləti prokurorluğunun FETÖ-nun dövlət çevrilişi cəhdindən sonra aparılan istintaq tədbirləri çərçivəsində Marmaris Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub.

Qeyd edək ki, Aksaz Türkiyə Hərbi Dəniz Qüvvələrinin Egey dənizinin cənub-şərqində yerləşən bazasıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol