Menu

 Güləşçi Mariya Stadnik finala yüksəlib - Rio-2016

17.08.2016, 20:55
 Güləşçi Mariya Stadnik finala yüksəlib - Rio-2016

Braziliyada təşkil olunan Yay Olimpiya Oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün mübarizəyə xanım güləşçilər də qoşulub.

Mübarizəyə 1/8 final mərhələsindən başlayan Mariya Stadnik 1/4 finalda Nina Matkovska (Polşa) ilə üz-üzə gəlib. Mariya iki il əvvəl dünya çempionatının yarımfinalında məğlub olduğu rəqibindən qisasını alıb. 10:0 hesabı ilə qələbə qazanan güləşçimiz görüşü vaxtından əvvəl başa vurub və yarımfinala yüksəlib.

Yarımfinalda təmsilçimiz bolqarıstanlı Elitsa Atanasova Yankovanı 6:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol