Menu

57 yaşlı kişi özünü asdı

18.08.2016, 11:22
57 yaşlı kişi özünü asdı

Şamaxı rayonunda intihar hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Mədrəsə qəsəbəsinin sakini, 1959-cu il təvəllüdlü Hüseynov Həsrət Babasəlim oğlu yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb.

Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol