Menu

"Qəbələ"dən "play-off" mərhələsində möhtəşəm qələbə - Avropa Liqası

18.08.2016, 22:58
"Qəbələ"dən "play-off" mərhələsində möhtəşəm qələbə - Avropa Liqası

Qəbələ klubu Sloveniyanın Maribor kollektivini məğlub edib

Bu gün Qəbələ şəhərinin eyniadlı klubu UEFA Avropa Liqasının "play-off" mərhələsində ilk qarşılaşmasına çıxıb.

"Report" xəbər verir ki, Azərbaycan klubu “Dalğa Arena”da Sloveniyanın “Maribor” kollektivini qəbul edib.

Görüş "Qəbələ" üçün gözlənilməz başlayıb. Belə ki, matçın 17-ci dəqiqəsində rəqib Tavaresin qolu ilə hesabda irəli çıxıb. Lakin "Maribor"un üstünlüyü çox sürməyib və Azərbaycan klubu Sergey Zenyovun 37-ci dəqiqədə vurduğu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib.Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.

Matçın ikinci hissəsinin əvvəlində “Qəbələ” rəqib qapısından ardıcıl iki top keçirib. Baqali Dabo 50 mə 52-ci dəqiqələrdə iki qol vuraraq hesabı 3:1- çatdırıb. Oyun bu hesabla da başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol