Menu

Useyn Bolt 8-ci dəfə olimpiya - Çempionu oldu

19.08.2016, 12:29
Useyn Bolt 8-ci dəfə olimpiya - Çempionu oldu

Yamaykalı sprinterin Rioda daha 1 dəfə çempion olmaq şansı var

Yamaykalı Useyn Bolt Rio Yay Olimpiya Oyunlarının ikinci qızıl medalını qazanıb.

Qol.az-ın xəbərinə görə, o, 200 metr məsafəni 19.78 saniyəyə qət edib (hazırkı dünya rekordu 19.19 saniyə ilə elə Boltun özünə məxsusdur).

Bu yarışüda mübarizə aparan Türkiyə millisinin azərbaycanlı atleti Ramil Quliyev 8-ci olub (20.43 saniyə).

Qeyd edək ki, bundan üç gün öncə Useyn Bolt 100 metrlik məsafədə də olimpiya çempionu olub. Ümumilikdə, bu, onun 8-ci olimpiya çempionluğudur. Daha əvvəl yamaykalı sprinter üç dəfə Pekin-2008, üç dəfə London-2012 olimpiadasının qalibi adını qazanmışdı.

Qeyd edək ki, U.Boltun Rio Yay Olimpiya Oyunlarında üçüncü, ümumilikdə isə doqquzuncu dəfə olimpiya çempionu olmaq şansı da var. Bunun üçün o, avqusutun 20-də keçiriləcək estafet yarışlarında da birinci yeri tutmalıdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol