Menu

İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb

19.08.2016, 13:30
İran tarixində ilk dəfə qadın idmançı olimpiya medalı qazanıb

Bu ilkə Rio-2016 Yay Olimpiya Oyunlarında Kimyə Əlizadə Zenurin imza atıb

"Report" NTV telekanalına istinadən xəbər verir ki, bu ilkə "Rio-2016" Yay Olimpiya Oyunlarında Kimyə Əlizadə Zenurin imza atıb.

İranlı taekvondoçu Misir idmançısı Hedaya Vahbaya qalib gələrək, 57 kq çəki dərəcəsində bürüncü mükafat qazanıb.

Qeyd edək ki, Kimyə Əlizadə Zenurin 1998-ci il iyulun 10-da İranın Kərəc şəhərində anadan olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol