Menu

"Çıxılmaz bir vəziyyətdə qalmışıq" - Onkoloji xəstə imkanlı insanlardan yardım istəyir

19.08.2016, 12:47
"Çıxılmaz bir vəziyyətdə qalmışıq" - Onkoloji xəstə imkanlı insanlardan yardım istəyir

Ucar rayonu H.Cavid küçəsi ev 5 sakini Quliyev Natiq Hüseyn oğlu tərəfindən "Azpolitika.info"ya göndərilən məktubu qısa ixtisarla dərc edirik:

"Hörmətli insanlar, mən kərbalayı Natiq ağır xəstəliyə düçar olmuşam. Onkoloji xəstə olmağım yaxın günlərdə aşkar edilib.Milli Onkologiya Mərkəzində müalicə və cərrahiyyə əməliyyatı olunmağım üçün 3500 manat pul lazımdır. Mənim isə heç bir maddi imkanım yoxdur.

Himayəmdə iki azyaşlı övladım var.Çox acınacaqlı bir vəziyyətdə yaşayırıq. Çörək almağa belə pulumuzun olmadığı bir vaxtda belə bir xəstəliyə düçar olmağım azyaşlı uşaqlarımın gözünü yaşlı edib.

Çıxılmaz bir vəziyyətdə qalmışıq. Ancaq bütün bu çətinliyə baxmayaraq ümüdümüzü üzməmişik. Ona görə ki, Azərbaycanda Allahı sevən mərhəmətli, humanist insanlar çoxdur.

Mən mətbuat vasitəsi ilə bütün imanlı, vicdanlı, imkanlı şəxslərdən çox-çox xahiş edirəm, ağbirçək anamın və iki azyaşlı övladımın göz yaşlarına rəhm edib müalicə və cərrahiyyə əməliyyatı olunmağıma maddi köməklik göstərəsiniz.

Müqəddəs Qurani Kərimdə buyrulub ki, bir-birinə köməklik edib əl tutanı Allah mükafatlandıracaq.

Ümüdüm o bir olan Allaha və mərhəmətli insanlaradı.

Kömək etmək istəyən şəxslər bu bank hesabına müraciət edə bilərlər.

Quliyev Natiq Hüseyn oğlu Hesab № AZ8ACAB00260100000000414096

AccessBank kodu 7001581069

Əlaqə telofonu; 055 746-53-23"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol