Naxçıvanda iki avtomobilin toqquşması nəticəsində, 4 hərbçi yaralanıb
"AzPolitika.info"ya verilən məlumata görə, Şərur-Naxçıvan yolunda ağır yol qəzası baş verib. Taksi fəaliyyəti ilə məşğul olan "Naz Lifan" markalı iki avtomobil toqquşub. Hadisə yerindən verilən məlumata görə, taksilərdən birinin sərnişinləri hərbçilər olub. Qəza nəticəsində 4 hərbçinin ağır yaralandığı və onların Naxçıvan Şəhər Mərkəzi Xəstaxanasına yerləşdirildiyi bildirilib.
Qeyd edək ki, hadisə yerindən verilən məlumata görə hərbçilərin vəziyyəti ağırdır.

Şərhlər