Menu

6 yaşlı uşaq dənizdə batıb

19.08.2016, 17:31

bogFövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda 1 nəfərin (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 700 metr sola nəzarətsiz ərazidə) dənizdə çimərkən batması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2010-cu il təvəllüdlü Fəraiz Xəraiz oğlu Mirzəyevin cəsədini sudan çıxarıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol