Menu

Pərviz Həşimli cərimə olunub

19.08.2016, 20:59
Pərviz Həşimli cərimə olunub

“Gününsesi.info” saytının ötən gün saxlanılan baş redaktoru Pərviz Həşimli cərimə olunub.

APA-nın məlumatına görə, Nərimanov rayon Məhkəməsinin qərarı ilə Pərviz Həşimli və Zöhrab Muradovun hər biri 50 manat məbləğində inzibati qaydada cərimə olunub.

Qeyd edək ki, P. Həşimli avqustun 18-də metronun “Gənclik” stansiyasının yaxınlığında keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun həyat yoldaşı və onun sürücüsü Zöhrab Muradovla aralarında baş verən insident zamanı saxlanılıb.

Jurnalist “Facebook”da keçmiş milli təhlükəsizlik nazirinin müavini Hilal Əsədovun sürücüsü tərəfindən fiziki zorakılığa məruz qaldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol