Menu

Fətullah Gülən əmindir ki, ABŞ onu təhvil verməyəcək

19.08.2016, 21:49

gulenTürkiyə hökumətinin silahlı çevrilişə cəhdin təşkilatçısı kimi ittiham etdiyi nurçular sektasının başçısı Fətullah Gülən əmin olduğunu bildirib ki, ABŞ Türkiyənin təqdim etdiyi materiallarda onun vətənə ekstradisiyası üçün qanuni əsas tapmayacaq.

Virtualaz.org "RİA Novosti"yə istinadən xəbər verir ki, Gülən "Al Arabiya" telekanalına müsahibəsində deyib: "Mən onların məhkəmə sisteminin necə çalışdığını görmüşəm. Bu ölkə qanunun aliliyinə riayət edir. Onlar boş tələbləri dinləyən deyillər. ABŞ hüququn aliliyinə hormət edən ölkə kimi tanınır. Buna görə də, güman edirəm ki, onla zəruri prosedurlara riayət edəcəklər".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol