Menu

Hərbi çevrilişə cəhdin arxasında ABŞ dayanıb? – RƏSMİ

20.08.2016, 11:46
Hərbi çevrilişə cəhdin arxasında ABŞ dayanıb? – RƏSMİ

Türkiyə hərbi çevrilişə cəhdin arxasında ABŞ-ın dayandığını təsdiq etməyib.

Modern.azTürkiyə KİV-nə istinadla xəbər verir ki, bunu xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

“Bununla belə Ankara bəyan edib ki, hərbi çevrilişə cəhddə günahlandırılan Fətullah Gülənin ABŞ-dan Türkiyəyə ekstradisiya edilməməsi elə bir fikir formalaşdıra bilər ki, ABŞ hərbi çevrilişə cəhdin arxasında dayanır”,-deyə o bildirib.

Nazir əlavə edib ki, Türkiyə əvvəl olduğu kimi Fətullah Gülənin ABŞ-dan ekstradisiyasını tələb edir.

Xatırladaq ki, iyulun 15-dən 16-na keçən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol