Menu

Türkiyədə toyda partlayış - 50 ölü, 94 yaralı + VİDEO (Yeniləndi)

21.08.2016, 12:44
Türkiyədə toyda partlayış - 50 ölü, 94 yaralı + VİDEO (Yeniləndi)

Türkiyənin Qaziantep şəhərində toy şənliyi zamanı törədilən partlayış nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb.

APA-nın Hürriyet qəzetinə istinadən verdiyi məlumata görə, bunu bu gün Qaziantep Valiliyi açıqlayıb.

***

APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bu barədə Qaziantep valisi Əli Yerlikaya bildirib. O hadisəni terror aktı adlandırıb.

Məlumata görə, partlayış nəticəsində daha 94 nəfər yaralanıb.

Baş nazirin müavini Mehmet Şimşək NTV telekanalına açıqlamasında partlayışın terrorçu qadın-kamikadze tərəfindən törədildiyini bildirib.

Partlayışa görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Partlayışın İŞİD terror qruplaşmasının üzvü tərəfindən törədildiyi ehtimal olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol