Menu

Sabirabadda yeniyetmə qızı elektrik cərəyanı vurub

21.08.2016, 15:58

cereyanSabirabad rayonunda yeniyetmə qız elektrik cərəyanı vurması nəticəsində həyatını itirib.

APA-nın Mi-Muğan bürosunun məlumatına görə, hadisə bu gün Sabirabad rayonu Azada kəndində baş verib.

Kənd sakini, 2002-ci il təvəllüdlü Rüstəmli Əfruzə Fərhad qızını evlərində hamamda təmizlik işləri apararkən elektrik cərəyanı vurub.

Hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol