AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Simferepolda polis «Aldalılmış Krım» şüarlı mitinqi dağıdıb. Fəallar saxlanıb. Bu barədə özünün feysbuk səhifəsində aksiyanın təşkilatçılarından biri - «Krım antikorrupsiya komitəsi» bölgə ictimai təşkilatının sədri İlya Bolşedvorov xəbər verib.
Onun sözlərinə görə, şəhər administrasiyası və Daxili İşlər Nazirliyi təbdibrə icazə verib. Amma mitinqin başlaması anında məmurlar və hüquq mühafiəçiləri əraziyə gələrək, heç bir sənəd təqdim etmədən, bildiriblər ki, aksiya əvvəlcədən şəhər hakimiyyəti ilə razılaşdırılmayıb.
Bolşedvorovun məlumatına görə, mitinqə 200 nəfərə qədər adam yığışıb. «Krım. Reallıqlar» resursu isə iştirakçıların sayını 50 nəfər göstərib.


Şərhlər