Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Xetaq Qazyumov final görüşünə çıxıb.
"Report"un məlumatına görə, 97 kq. çəki dərəcəsində çıxış edən dünya və üçqat Avropa çempionunun rəqibi amerikalı Kyle Frederick Snyder olub.
O, amerikalı rəqibinə 2:1 hesabı ilə məğlub olub.
***
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında Azərbaycan güləşçisi Xetaq Qazyumov növbəti görüşə çıxıb.
APA-nın məlumatına görə, Azərbaycan güləşçisinin yarımfinal mərhələsində rəqibi ukraynalı Valeri Anditsev olub.
X. Qazyumov 11:0 hesabı ilə qalib gələrək finala çıxıb.


Şərhlər