Menu

Gəncədə avtomobil piyadanı vurub

21.08.2016, 18:32
Gəncədə avtomobil piyadanı vurub

Gəncədə yolu keçmək istəyən piyadanı avtomobil vurub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə şəhərin “Sovxoz Nizami ” adlandırılan dairəsinin yaxınlığında qeydə alınıb.

Şəhər sakini Bəhruz Yusibov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1967-ci il təvəllüdlü Asəf Valeh oğlu Abbasovu vurub. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. A. Abbasovun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol