Menu

“Atrabank"ın vəzifəli şəxsləri məhkəmə zalından azadlığa buraxıldı

22.08.2016, 13:09

mehkeme hakimBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda vəsaiti mənimsəməkdə təqsirləndirilən "Atrabank" ASC-nin vəzifəli şəxslərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Turan Əliyev, Məzahir Bağırov, Yasəmən Dəmirçiyə hökm oxunub. Hökmə əsasən, onların hər birinə 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, həmin şəxslər Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və israfetmə) maddəsi ilə təqsirləndiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol