Menu

İstanbulda FETÖ ilə əlaqəsi olan 95 polis işdən çıxarılıb

22.08.2016, 16:50
İstanbulda FETÖ ilə əlaqəsi olan 95 polis işdən çıxarılıb

Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq çərçivəsində İstanbul Polis İdarəsində çalışan 95 polis işdən uzaqlaşdırılıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, vəzifəsindən uzaqlaşdırılanlardan 5-i polis rəisi, 33-ü polis zabiti, 57-si isə polis əməkdaşıdır.

Polis sistemində FETÖ üzvlərinin aşkarlanması istiqamətində araşdırmalar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol