Menu

Türkiyə ordusu İŞİD və PYD-nin mövqelərinə zərbələr endirib

22.08.2016, 22:13

turk-bayragi409Terrorçuların Carabulus və Manbic şəhərlərindəki möqveləri atəşə tutulub

Türkiyə Silahlı Qüvvələri İŞİD-in və PYD-nin (terrorçu PKK-nın Suriyadakı qolu - "Report") Suriyanın şimalındakı mövqelərinə zərbələr endirib.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər yayıb.

Məlumata görə, İŞİD terrorçularının Carabulus və PYD-nin Mənbic şəhərinin şimalındakı möqveləri artilleriya atəşinə tutulub.

İtkilər barəsində hər hansı məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol