Menu

Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar başlayıb

23.08.2016, 14:08

fethullah_gulen_260913_mainHazırda ABŞ-da gizlənən Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı danışıqlar başlayıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, məsələni müzakirə etmək üçün ABŞ-dan Türkiyəyə 4 nəfərlik nümayəndə heyəti gəlib.

Nümayəndə heyətinin tərkibində ABŞ Ədliyyə Nazirliyinin 3, Dövlət Departamentinin isə bir əməkdaşı var.

İnformasiyaya görə, ABŞ təmsilçiləri ilə Türkiyənin Ədliyyə Nazirliyinin Beynəlxalq hüquq və xarici əlaqələr baş idarəsinin məsul şəxsləri arasında görüş olub.

Qeyd edək ki, rəsmi Ankara ABŞ-dan Fətullah Gülənin Türkiyəyə təhvil verilməsini istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol