Menu

Mənzil İnşaatı Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb

24.08.2016, 11:02
Mənzil İnşaatı Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb

Mənzil İnşaatı Dövlət Agentliyində Apellyasiya Şurası yaradılıb.

Agentlikdən verilən məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” 03.02.2016-cı il tarixli fərmanının icrasını təmin etmək məqsədilə Mənzil İnşaatı Dövlət Agentliyində Apellyasiya Şurası avqustun 3-dən fəaliyyətə başlayıb.

Apellyasiya Şurasının 17.08.2016-cı il tarixində keçirilmiş ilk iclasında Şuranın fəaliyyəti ilə bağlı təşkilati məsələlər müzakirə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol