Menu

"Fırat kalkanı": İŞİD-in 46 silahlısı öldürülüb

24.08.2016, 16:57
"Fırat kalkanı": İŞİD-in 46 silahlısı öldürülüb

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi "Fırat kalkanı" əməliyyatı nəticəsində İŞİD qruplaşmasının 46 terrorçusu zərərsizləşdirilib.

"Report" "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə hərbçilərinə Suriya Azadlıq Ordusu və beynəlxalq koalisya qüvvələri də dəstək verib.

Əməliyyat nəticəsində Suriyanın 4 kəndi - Kəklicə, Tel-Şair, Elvaniye və Gügüncük terrorçu İŞİD qruplaşmasından azad olunub. Hazırda həmin ərazilərə Suriya Azadlıq Ordusu nəzarət edir.

Qeyd edək ki, Türkiyə KİV-in əvvəlki məlumatlarında kəndlərdən birinin adı Kıvırcık kimi təqdim edilmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol