İsveçrənin "FC Wil" klubu, barəsində həbs qərarı çıxarılan baş məşqçi Uğur Tütünəkərin müqaviləsini ləğv edib.
"AzPolitika.info" Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Qalatasaray" klubunun keçmiş futbolçusu Uğur Tütünəkər baş məşqçisi olduğu klubdan qovulub.
Bu barədə İsveçrənin "FC Wil" klubu yazılı açıqlama verib: "Həbs qərarından sonra baş məşqçimiz Uğur Tütünəkər müqaviləsi ləğv edilmişdir. İctimaiyyətin diqqətinə catdırılır"
Xatırladaq ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu Hakan Şükürdən sonra “Qalatasaray”ın daha 3 keçmiş futbolçusu – Arif Ərdəm, Uğur Tütünəkər və İsmayıl Dəmirizin yaxalanması haqqında sanksiya verib.


Şərhlər