Menu

İtaliyada milli matəm elan olunub

24.08.2016, 21:18
İtaliyada milli matəm elan olunub

Ölkə ərazisində bütün rəsmi müəssisələrdə Dövlət bayraqları endiriləcək

İtaliyanın mərkəzi hissəsində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə milli matəm günü elan edilib.

"Report"un TASS-a istinadən verdiyi xəbərə görə, avqustun 24-25-də ölkə ərazisində bütün rəsmi müəssisələrdə Dövlət bayraqları endiriləcək.

Bu barədə İtaliyanın baş naziri Matteo Rentsi təbii fəlakət ərazisində olarkən deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol