Menu

PYD Fərat çayının şərqinə çəkilir — Kerri Ankaraya zəng etdi

25.08.2016, 12:33
PYD Fərat çayının şərqinə çəkilir — Kerri Ankaraya zəng etdi

ABŞ dövlət Katibi Con Kerri bu sabah Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğluna zəng edərək PYD-YPG güclərinin Fərat çayının şərqinə çəkilməkdə olduğunu xəbər verib. Bu barəıdə Türkiyə mediası əbər verir.

Xatırladaq ki, dünən YPG terror təşkilatının sözçüsü Redur Halil "Azadlıq" radiosuna verdiyi müsahibəsində Türkiyənin Suriya ərazisində başlatdığı quru əməliyyatlarının İŞİD-ə qarşı deyil, məhz kürdlərə qarşı olduğunu iddia edərək geri çəkilməyəcəklərini bəyan etmişdi.

Eyni zamanda Türkiyənin baş naziri Binəli Yıldırım isə PYD terrorçuları Fərat çayının şərqinə çəkilənə qədər hərbi əməliyyatların davam etdiriləcəyini vurğulamışdı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol