Türkiyənin və Galatasaray klubunun məşhur futbolçusu Arif Erdem ölkəni tərk edib. Musavat.com-un Milliyet qəzetinə istinadən verdiyi xəbərə görə Arif Erdem Türkiyədə aparılan "FETÖ-PDY" təhqiqatından yayınaraq qaçmağa müvəffəq olub.
Qeyd edək ki, ötən illərin məşhur futbolçusu haqqında "FETÖ-PDY təşkilatına üzv olmaq cinayətindən həbs-qəti imkan tədbiri seçilmişdi.
Arif Erdemin Türkiyədə baş tutmayan hərbi çevrilişdən 8 gün sonra, yəni iyulun 23-də Ədirnə vilayətinin İpsala sərhəd məntəqəsindən ölkəni tərk etdiyi bildirilir.
1991-2005-ci illərdə Galatasaray klubunun şərəfini qoruyan Arif Erdem 60 dəfə Türkiyə millisinin formasını geyinib.
Bundan başqa o, bir sıra klubarda məşqçilik vəzifəsində çalışıb.


Şərhlər