Menu

Kılıçdaroğlunun kortejinə atəş açılıb-3 əsgər yaralanıb + VİDEO- Yenilənir

25.08.2016, 16:23

Terrorçular Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla atəşə tutmaq istəyib.APA-nın xəbərinə görə, bu barədə NTV telekanalı məlumat yayıb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri K. Kılıçdaroğlunu zirehli texnikaya əyləşdirərək onu ərazidən uzaqlaşdırıblar. Terrorçularla atışmada 3 əsgər yaralanıb, onlardan birinin durumu ağırdır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olaydan bir qədər sonra Kamal Kılıçdaroğluna telefon açaraq onunla danışıb.

K. Kılıçdaroğlu “CNN Türk”ə açıqlamasında durumunun normal olduğunu bildirib: “Biz yola çıxarkən polis yolda atışma olduğuna dair hər hansı xəbərdarlıq etmədi. Güman edirəm ki, atışma biz oradan keçərkən başlayıb. Avtomobildən düşməyimizə icazə verilmədiyi üçün tam olaraq nə baş verdiyini anlamadıq. Sonra zirehli maşınla oradan uzaqlaşdırıldıq. Təhlükəsizlik qüvvələri sürətlə lazımi tədbirləri gördülər. Hər hansı problemimiz yoxdur. Təhlükəsiz şəraitdəyik”.

Qeyd edək ki, terrorçuların PKK mənsubları olduğu güman edilir. PKK son aylarda Türkiyənin Qara dəniz vilayətlərində də fəallaşıb.

Cavab atəşi ilə cinayətkarlar ərazidən uzaqlaşdırılıb.

*****

chp-lideri-kemal-kilicdaroglu-biz-ne-zaman-molotofu-savunduk,MRmFzVoHp0yn1kkewDm-gA CHP lideri Kamal Kılıçdaroğlu kartejinə hücum olunması ilə bağlı canlı yayıma bağlanaraq, açıqlama verib.Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, Kılıçdaroğlu yaşanan qarşıdurma ilə bağlı bunları deyib : “Hazırda təhlükəsiz bir bölgədəyik. Qarşıdurma davam edir. Bölgədə olan əsgərlərimiz var. İnşallah onlara bir şey olmaz. Mən yaxşıyam, qarşıdurma yaşanan bölgədən çıxdıq. Ümid edirəm can itkisi olmaz”.

*****

CHP lideri Kamal Kılıçdaroğlunun kartejinə atəş açılıb. Musavat.com xəbər verir ki, məlumatı “DHA” agentliyi yayıb.

Agentliyin məlumatına görə, hadisə K.kılıçdaroğlunun Artvin vilayətinin Savşat rayonuna getdiyi zaman Yanıklı kəndinin yaxınlarında baş verib. Xəbər verilir ki, açılan atəşə cangüdənlərin qarşılıq verməsi nəticəsində qarşıdurma yaşanıb.

CHP-li millət vəkili Uğur Bayraktutan partiya sədri Kamal Kılıçdaroğlunun kartejinə atəş açılmasına dair məlumat verib.

Millət vəkilinin sözlərinə görə, K.kılıçdaroğlunun təhlükəsizliyi təmin edilib: “Kamal Kılıçdaroğlunun kartejinin önündə ardıcıl olaraq silah səsləri eşitdik. Ön tərəfdə yaralıların olduğu bildirilir. Kılıçdaroğlunun səhhəti yaxşıdır”.

"Azpolitika.info"nun məlumatına görə, atışma zamanı 3 əsgər yaralanıb. Hücumun PKK-nın kəyata keçirdiyi bildirilir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol