Menu

Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

25.08.2016, 19:01
Türkiyədə mənzil alan Azərbaycan vətəndaşlarının sayı açıqlandı

Bu ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 39 mənzil alıb.

“APA-Economics”in Türkiyə Statistika Qurumuna istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni ayı ilə müqayisədə 29 mənzil və ya 42,2% azdır.

Belə ki, 2015-ci ilin iyul ayında azərbaycanlılar qardaş ölkədə 68 mənzilə sahib olub.

Bu ilin yanvar-iyul ayları ərzində isə Azərbaycan vətəndaşları Türkiyədə ümumilikdə 375 ev alıb. Bu, ötən ilin 7 ayı ilə müqayisədə 83 ev və ya 18,12% azdır.

Azərbaycan vətəndaşları Türkiyədə ən çox daşınmaz əmlak alanlar siyahısında 8-ci yerdədir.

Ümumilikdə, bu ilin iyul ayında xarici vətəndaşlar Türkiyədə 1 051 evə sahib olub. Bu, 2015-ci ilin iyul ayına nisbətdə 998 əmlak və ya 48,7% azdır. Bu ilin 7 ayında isə xarici ölkə vətəndaşları Türkiyədə 10 535 ev alıb. Bu, ötən ilin 7 ayı ilə müqayisədə 1 940 ev və ya 15,5% azdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol