Menu

Rusiya Baş Qərargah rəisinin Türkiyəyə səfəri təxirə salındı

26.08.2016, 12:06

RUSIYARusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Valeri Gerasimovun Türkiyəyə səfəri təxirə salınıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, səfərin təxirə salınmasının səbəbləri açıqlanmayıb.

Məlumata görə, V.Gerasimov Ankaraya bir müddət sonra gedəcək.

Qeyd edək ki, Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin avqustun 26-da Türkiyəyə səfər etməsi və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahnın rəisi ordu generalı Hülusi Akar ilə görüşməsi planlaşdırılırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol