Menu

Türkiyədə üç sabiq səfir həbs olundu

27.08.2016, 09:24
Türkiyədə üç sabiq səfir həbs olundu

Türkiyədə hərbi çevrilişə cəhddə ittiham olunan Fəthullah Gülən hərəkatı ilə əlaqədə şübhəli bilinən üç sabiq səfir həbs olunub.

APA-nın “Millyet”ə istinadən verdiyi xəbərə görə, bir müddət əvvəl şübhəli qismində saxlanılan Türkiyənin Kanadadakı keçmiş səfiri Tuncay Babalı, ölkənin UNESCO-dakı keçmiş nümayəndəsi Qurcan Balık və Türkiyənin Kosta-Rikadakı sabiq səfiri Əli Fındıka qarşı həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gülən hərəkatı ilə mübarizə çərçivəsində XİN-dən 300-dən çox əməkdaşın xaric edildiyini bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol