Menu

Türkiyə Suriyaya növbəti tank birləşmələrini yeridə bilər

27.08.2016, 11:05
Türkiyə Suriyaya növbəti tank birləşmələrini yeridə bilər

YPG (kürd xalq özünümüdafiə dəstələri) və "Demokratik İttifaq" (PYD) qüvvələri Menbic şəhərini tərk etməsələr, Türkiyə sayca üçüncü dəfə tank birləşmələrini Suriyaya yeridə bilər.

Trend-in xəbərinə görə, bu barədə "HaberTürk" qəzeti hərbi mənbələrə istinadən məlumat verir.

Qəzet yazır ki, YPG və PYD ABŞ və Türkiyə arasındakı sazişə riayət etməlidirlər. Sazişə əsasən hər iki qruplaşma Fərat çayının qərb sahilini tərk etməlidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol